Rəşad Sadıqovun məşqçisi cəzalandırılır
02 Noyabr 2010 Çərşənbə Axşamı 12:30
Rəşad Sadıqovun məşqçisi Bülent Uyqun təlimatlara uyğun olmayan menecerlik fəaliyyəti ilə məşğul olub.
Həmyerlimiz Rəşad Sadıqovun da formasını geyindiyi “Eskişehirspor” klubunun baş məşqçisi Bülent Uyqun cəzalana bilər. Buna səbəb Bülent Uyqunun təlimata uyğun olmayan şəkildə menecerlik fəaliyyəti ilə məşğul olmasıdır. Bülentlə yanaşı eyni maddə ilə ittiham olunan “Kasımpaşa” klubunun qapıçısı Murad Şahin, “Çaykur Rizespor” klubunun futbolçusu Mustafa Koray Avçının da işi Türkiyə Peşəkar Futbol İntizam Komitəsinə verilib.

İntizam Komitəsinin bu şəxslər haqqında hansı qərarı çıxaracağı isə yaxın günlərdə məlum olacaq. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar