Rəşad Sadıqovun komandası uduzdu
05 Aprel 2009 Bazar 18:00
"Kocaelispor" Türkiyə Super Liqasının XX turunda "Ankaragücü"nə 0-4 hesabı ilə məğlub olub

Azərbaycan A Milli komandasının kapitanı Rəşad Sadıqov və Ramal Hüseynovun çıxış etdiyi "Kocaelispor" klubu Türkiyə Super Liqasında növbəti oyununu keçirib. Super Liqanın 26-cı turunda səfərdə "Ankaragücü" ilə qarşılaşan "Kocaelispor" 0-4 hesabı ilə məğlub olaraq turnir cədvəlində yüksəlmək imkanını əldən verib. Rəşad Sadıqov bu matçda start heyətində meydana çıxıb, Ramal Hüseynov isə matçın iştirak ərizəsinə daxil edilməyib. Aktivində 23 xalı olan "Kocaelispor" turnir cədvəlində 17-ci pillədə qərarlaşıb. "Kocaelispor" Super Liqada növbəti oyununu öz meydanında "Beşiktaşa" qarşı keçirəcək. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar