Rəşad Sadıqov “Villem II”yə qarşı 90 dəqiqə oynadı
15 Yanvar 2011 Şənbə 10:30
Rəşad Sadıqov “Villem II”yə qarşı 90 dəqiqə oynadı. “Eskişehirspor” – “Villem II” yoxlama oyununda hesab açılmayıb.
Yığma komandamızın kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu “Eskişehirspor” klubu növbəti yoxlama oyununda qüvvəsini sınayıb. Türkiyə təmsilçisi bu dəfə Hollandiyanın “Villem II” klubu ilə görüşdə qüvvəsini sınayıb. Oyunda hesab açılmayıb.
“Eskişehirspor” klubunun baş məşqçisi Bülent Uyqun qarşılaşmada Rəşad Sadıqova start heyətində yer verib. Futbolçumuz oyunu əvəzedilmədən keçirib. Matçda “Eskişehirspor”un hücum xəttində yer alan futbolçular vəzifələrinin öhdəsindən gələ bilməyərək rəqib qapıya yol tapa bilməsələr də müdafiə xətti inamlı çıxışla yadda qalıb.
“Eskişehirspor”un baş məşqçisi Bülent Uyqun ANS-ə müsahibəsində komandanın hədəflərinin böyük olduğunu bildirib. Baş məşqçi bu mövsüm “Eskişehirspor”un çempionatda Avropa kuboklarına vəsiqə qazanmağı hədəflədiyini bildirib.
Bülent Uyqun gələcəyin komandasında Rəşad Sadıqovun da olacağını istisna etməyib. Bülent Uyqun azərbaycanlı futbolçulardan təkcə Rəşad Sadıqovun deyil, Rauf Əliyev və Araz Abdullayevin də rahatlıqla Türkiyə Super liqasında futbol oynaya biləcəyi qənaətindədir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: