Rəşad Sadıqov Türkiyədə növbəti oyununa çıxır
22 Oktyabr 2010 Cümə 16:55
Rəşad Sadıqov Türkiyədə növbəti oyununa çıxır. “Eskişehirspor” bu gün səfərə yollanır.
Bu gün futbol üzrə Türkiyə çempionatında IX turun oyunlarına start verilir. Həmyerlimiz Rəşad Sadıqovun şərəfini qoruduğu “Eskişehirspor” klubu bu tur səfərdə Kardemir Demirçelik Karabükspor klubu ilə üz-üzə gələcək.

Türkiyə mətbuatında yayılan məlumatlara görə, ötən tur klubun heyətində debüt edən Rəşad Sadıqovun bu qarşılaşmada da start heyətində meydana çıxacağı gözlənilir. “Eskişehirspor” klubunun baş məşqçisi Bülent Uyqunun futbolçumuza etimad göstərəcəyi yayılan xəbərlər arasındadır.

Xatırladaq ki, “Eskişehirspor” klubu 8 turdan sonra 6 xal toplayıb. Klub turnir cədvəlində sondan dördüncü yeri tutur. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar