Rəşad Sadıqov Türkiyədə matça çıxır
16 Oktyabr 2010 Şənbə 12:10
Futbolçumuz Rəşad Sadıqov “Eskişehirspor”un heyətində debüt edəcək.
Bu gün futbol üzrə Türkiyə çempionatında VIII turun oyunları baş tutacaq. Həmyerlimiz Rəşad Sadıqovun forma geyindiyi “Eskişehirspor” klubu doğma meydanda İstanbul Böyükşehir Bələdiyyəspor klubu ilə oyuna çıxır. Türkiyə mətbuatının yaydığı məluta görə, bu oyunda Rəşad Sadıqov yeni komandasının heyətində debüt edə bilər.

“Eskişehirspor” klubuna yeni təyin olunmuş baş məşqçi Bülent Uyqun Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Bakıda baş tutan Azərbaycan – Türkiyə oyununda özünü ən yaxşı tərəfdən göstərən Rəşad Sadıqova ilk “onbirlik”də meydana buraxacağı yayılan məlumatlar arasındadır. “Eskişehirspor” klubunun baş məşqçisi Bakı vaxtı ilə saat 17:30-da start götürəcək oyunda qələbə qazanmaq fikrindədir.

Xatırladaq ki, Rəşad Sadıqov “Eskişehirspor” klubuna sabiq baş məşqçisi Rza Çalımbayın vaxtında “Qarabağ” klubundan transfer olunub. “Eskişehirspor”un baş məşqçisi futbolçumuza klubda debüt etmək şansı verməmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar