Rəşad Sadıqov sıraya döndü
26 Noyabr 2010 Cümə 12:25
Həmyerlimiz “Eskişehirspor”un məşq prosesində iştirak edib
Bu gün Türkiyə çempionatında "Manisaspor"la qarşılaşacaq "Eskişehirspor" klubu oyunun hazırlıqlarını tamamlayıb. Türkiyə mətbuatının yaydığı məlumata görə, komandanın məşqində son zamanlar zədədən əziyyət çəkən həmyerlimiz Rəşad Sadıqov da iştirak edib.

Rəşad Sadıqovun “Manisaspor”la oyunun heyətində yer alacağı isə oyun saatında məlum olacaq.

Xatırladaq ki, “Eskişehirspor” – “Manisaspor” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar