Rəşad Sadiqov Qarabağ klubundan qovuldu
04 May 2012 Cümə 20:15
Komandanın kapitanı Rəşad Sadiqov başqa klubla danışıq aparırmış.
Ağdamın “Qarabağ” futbol klubunun kapitanı Rəşad Sadiqov komandadan qovulub. ANS PRESS-in məlumatına görə, buna futbolçunun “Neftçi”yə keçidinə dair mətbuata açıqlama verməsi səbəb göstərilib.

Klubun saytında yerləşdirilən rəsmi açıqlamada deyilir: “Bu gün mətbuatda “Qarabağ”ın futbolçusu Rəşad Sadiqovun başqa bir klubla müqavilə bağlaması barəsində xəbərlər yayılıb. Hazırda Ağdamda olan və “İnter”lə vacib görüşə hazırlaşan komandamız üçün gözlənilməz xəbər sonucunda futbolçu ilə görüşülüb. Hazırda kapitan statusu daşıyan futbolçunun başqa klubla danışıq aparması özü tərəfindən təsdiqlənib. Çempionatın ən gərgin anında komanda üçün mühüm funksiya daşıyan kapitanın belə vacib məqamda gənc futbolçulara örnək olmaq əvəzinə, başqa klubla anlaşma imzalamasının qeyri-etik olduğunu və bu açıqlaması ilə komandaya vurduğu mənəvi zərbəyə görə Rəşad Sadiqov dərhal Ağdamdan Bakıya göndərilib”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar