Rəşad Sadıqov "Qarabağ"a dönür
09 Fevral 2011 Çərşənbə 17:15
Futbolçumuzun Türkiyə macərası başa çata bilər
Futbol üzrə yığma komandamızın kapitanı Rəşad Sadıqov karyerasını vətəndə davam etdirməyə qərar verib. O, yenidən “Qarabağ” klubunda forma geyinəcək. “Qarabağ” klubunun icraçı direktoru Əmrah Çəlikəlin məlumatına görə, Rəşad Sadıqovun ölkəmizdə çıxış etməsinə hazırda futbolçumuzun formasını geyindiyi Türkiyənin ”Eskişehirspor” klubunun baş məşqçisi Bülent Uyğun da razıdır.

“Hər iki tərəf başa düşür ki, Rəşad Sadıqov üçün indi ən yaxşı yol ”Qarabağ”a qayıtmaqdır. Biz Sadıqovu icarə əsasında əldə etmək istəmirik. Bizim fikrimiz onun transfer hüququnu almaqdır. Belə olan halda bizim “Eskişehirspor”a müəyyən məbləğ ödəyəcəyimiz də istisna olunmur”,- deyə Əmrah Çəlikəl bildirib.

Rəşad Sadıqovun “Qarabağ”a keçidinin artıq sabah reallaşacağı gözlənilir.

Xatırladaq ki, Rəşad Sadıqov karyerası ərzində “Neftçi”,”Qarabağ”, “Kayserispor” və “Kocaelispor” kimi klubların formasını geyinib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar