Rəşad Sadıqov millinin heyətindən kənarlaşdırıldı
01 Noyabr 2011 Çərşənbə Axşamı 11:30
Buna səbəb futbolçu Rəşad Sadıqovun zədələnməsidir.
Ağdamın “Qarabağ” klubunun üzvü, Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov yığmamızın təlim-məşq toplanışında iştirak edəcək heyətindən çıxarılıb. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, futbolçu zədələndiyi üçün heyətdən kənarlaşdırılıb.
Qeyd edək ki, millimiz noyabrın 7-dən 11-dək Albaniyada, noyabrın 12-dən 16-dək isə Almaniyada hazırlıq prosesi keçəcək. Komandamız noyabrın 11-də Albaniyanın paytaxtı Tirana şəhərində yerli milli ilə yoldaşlıq görüşü keçirəcək.
DOSTLARINLA PAYLAŞ: