Rəşad Sadıqov məşqlərə başlayıb
24 Noyabr 2010 Çərşənbə 17:00
Futbolçumuz hələlik fərdi məşqlə kifayətlənir
Türkiyə çempionatında çıxış edən “Eskişehirspor” klubu “Manisaspor”la oyunun hazırlıqlarına başlayıb. Türkiyə mətbuatının yaydığı məlumata görə, klubun heyətində zədəli olan futbolçular da məşqə başlayıb.

Fərdi məşqlərə başlayan futbolçular arasında həmyerlimiz Rəşad Sadıqov və Ümit Karan da var. Bu futbolçuların zədələrini tam sağaltmadıqları üçün “Manisaspor”la oyunda meydana çıxmayacaqları bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar