Rəşad Sadıqov "Kayserispor"a qarşı oynaya bilər
06 Dekabr 2010 Bazar Ertəsi 17:25
Futbolçumuz artıq zədəsini sağaldıb
Futbol üzrə Türkiyə çempionatının XV turuna bu gün keçiriləcək “Kayserispor” – “Eskişehirspor” matçı ilə yekun vurulacaq. Həmyerlimiz Rəşad Sadıqovun da şərəfini qoruduğu “Eskişehirspor” klubunun çempionatın liderlərindən olan “Kayserispor”a güclü müqavimət göstərəcəyi gözlənilir.

Türkiyə mətbuatının yaydığı məlumata görə, zədəsini sağaltmış Rəşad Sadıqov “Kayserispor”a qarşı matçda forma geyinə bilər. Futbolçumuzun oyunun startından sonra əvəzlənmədən meydana daxil olacağı gözlənilir.

Xatırladaq ki, “Eskişehirspor” Türkiyə çempionatına uğursuz start versə də, son turlar uğurlu nəticələr əldə edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar