Rəşad Sadıqov “Eskişehirspor”un əsas heyətindən kənarlaşdırıldı
01 Fevral 2011 Çərşənbə Axşamı 10:30
Futbolçumuz Rəşad Sadıqov “Eskişehirspor” – “Konyaspor” matçında meydana çıxmayıb.
Futbol üzrə Türkiyə çempionatında XIX tur yekunlaşıb. Turun son qarşılaşmasında “Eskişehirspor” klubu “Konyaspor” komandasını qəbul edib. ANS PRESS-in “Eskişehirspor” klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma ev sahibi komandanın 1:0 hesablı qələbəsilə yekunlaşıb.

“Eskişehirspor”un baş məşqçisi Bülent Uyqun matçda futbolçumuz Rəşad Sadıqovu meydana buraxmayıb. “Eskişehirspor” bu qələbə sayəsində aktivindəki xalların sayını 28-ə çatdıraraq 6-cı pilləyə yüksəlib.

Anadolu təmsilçisi Türkiyənin ən titullu klublarından olan “Qalatasaray”ı iki xal qabaqlayır.Yeri gəlmişkən “Eskişehirspor” növbəti oyununu da “Qalatasaray” klubuna qarşı keçirəcək. “Eskişehirspor” səfərdə rəqibi ilə münasibətlərinə aydınlıq gətirəcək.
ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar