Rəşad Sadıqov əməliyyat olunub
24 Dekabr 2011 Şənbə 17:04
Futbolçu Rəşad Sadıqov Türkiyədə həkimlərin nəzarəti altındadır.
Ağdamın “Qarabağ” futbol klubu və yığmamızın futbolçusu Rəşad Sadıqov Türkiyədə əməliyyat olunub. ANS PRESS-in “Qarabağ” klubuna istinadən verdiyi məlumata görə, 29 yaşlı futbolçunun əməliyyatı uğurla nəticələnib.
Hazırda Rəşad Sadıqovla birgə olan “Qarabağ”ın fizioterapevti Oktay Gürsoyun verdiyi məlumata görə, futbolçumuz özünü yaxşı hiss edir. Rəşad Sadıqov bir neçə gün həkim nəzarətində qalacaq.
Xatırladaq ki, qasıq nahiyəsində uzun müddət problemlər yaşayan millinin kapitanı Unibank Premyer Liqasının son turunda “Qəbələ”yə qarşı oyundan dərhal sonra qardaş ölkəyə müalicəyə getmişdi.
DOSTLARINLA PAYLAŞ: