Fransada keçirilən ənənəvi «Cappelle La Grande» şahmat festivalında altıncı turun görüşləri keçirilib. Bu turda azərbaycanlı şahmatçılardan yalnız Rəşad Babayev qələbə qazana bilib. Rəşad fransız şahmatçı Mişel Massonini məğlubiyyətə uğradıb. Digər iki şahmatıçımız isə altıncı turu heç-heçə ilə tamamlayıb. Ülvi Bacarani rumıniyalı Ovidiu Foisorla, Nicat Məmmədov isə rusiyalı Sergey Vokarayevlə heç-heçə oynayıb. 6 turdan sonra aktivində 4 xalı olan Nicat Məmmədov 35-ci, eyni xala sahib Rəşad Babayev 45-ci, 3 xalı olan Ülvi Bacarani isə 224-cü mövqedə qərarlaşıb.
Qeyd edək ki, «Cappelle La Grande» şahmat festivalında 611 şahmatçı mübarizə aparır.
Elvin Rəsul /ANSPRESS/