Fransada keçirilən ənənəvi «Cappelle La Grande» şahmat festivalında ikinci turun görüşləri keçirilib. Bu yarışda Azərbaycanı təmsil edən 3 şahmatçıdan ikinci turda yalnız Rəşad Babayev qələbə qazanıb. Şahmatımız fransız Bertrand Valueti məğlub edib. Digər iki şahmatıçımız isə ikinci turu heç-heçə ilə başa vurub. Nicat Məmmədov erməni Oqanes Danielyan, Ülvi Bacarani isə ukraynalı Yuri Drozdovski ilə heç-heçə oynayıb. İki turdan sonra aktivində 1.5 xalı olan Nicat Məmmədov 14-cü, Rəşad Babayev isə 17-ci mövqedə qərarlaşıb, cəmi 1 xalı olan Ülvi Bacarani isə 66-cı yerdədir.
Qeyd edək ki, «Cappelle La Grande» şahmat festivalında 600 şahmatçı mübarizə aparır.
Elvin Rəsul/ANS PRESS/