Rəqiblərimiz mükafat qazandılar
26 Dekabr 2009 Şənbə 11:45
“Aktobe”nin futbolçusu öz ölkəsində “ilin oyunçusu” olub
Qazaxıstanın 2009-cu ildə ən yaxşı futbolçusunun adı açıqlanıb. Bu MDB və Baltikyanı ölkə çempionlarının “Birlik Kuboku” turnirində “Bakı”nın rəqibi olan Qazaxıstanın “Aktobe” klubunun kapitanı Samat Smakovdur.
“Aktobe”nin 31 yaşlı müdafiəçisi ardıcıl 3 il olaraq öz ölkəsində ilin ən yaxşı futbolçusu adına layiq görülüb.
Ölkənin 2009-cu ildə 2-ci ən yaxşı futbolçusu adına isə “Aktobe”nin başqa bir oyunçusu Murat Tleşov layiq görülüb. Siyahıda 3-cü yeri isə Astananın “Lokomotiv” klubunun rusiyalı legioneri Andrey Tixonov tutub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar