Rekordlar kitabına düşən azarkeş
25 İyun 2010 Cümə 16:25
Afrikalı Nqkobo mundial oyunlarını izləməkdən yorulmur.
29 yaşlı Cənubi Afrika Respublikası (CAR) sakini Tulani Nqkobo Ginnesin rekordlar kitabına düşüb.
O, ən çox mundial oyunlarını izləyən azarkeş adına sahib çıxıb.

Bu gün Tulani Çili – İspaniya matçını da stadiondan seyr edərək, izlədiyi qarşılaşmaların sayını 21-ə çatdıracaq.

Xatırladaq ki, Nqkobo ötən il "MTN8 Last Fan Standing" müsabiqəsinin qalibi adını qazanmışdı. O, mükafat kimi mundialın 38 oyununa pulsuz bilet əldə etmişdi. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar