Reklamdan ən çax qazanan futbolçu
31 Dekabr 2009 Cümə Axşamı 12:55
Reklamdan ən çax qazanan futbolçu. Kriştiano Ronaldo bu il ərzində 80 milyon avro gəlir əldə edib.
İspaniyanın “Real” klubunun portuqaliyalı futbolçu Kriştiano Ronaldonun reklamdan ən çox gəlir əldə edən futbolçu olduğu bildirilir.

Futbolçunun 2009-cu il ərzində çəkildiyi reklam çarxlarından ümumilikdə 80 milyon avro gəlir əldə edib. Müqaviləyə əsasən futbolçu bu məbləğin 40 %-ni “Kral klubu”na ödəyib.

Müqayisə üçün qeyd edək ki, “Barselona”nın futbolçuları-argentinalı Lionel Messi və isveçli Zlatan İbrahimoviç reklam gəlirlərindən ayda 750 min avro qazanırlar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar