Rəhman Hacıyev Türkiyədə çıxış edəcək
04 İyul 2010 Bazar 19:05
Rəhman Hacıyev "Altay" klubuna icarəyə verilib.
“Bakı”nın yarımmüdafiəçisi Rəhman Hacıyev Türkiyənin birinci dəstə təmsilçisi “Altay” klubunun şərəfini qoruyacaq. Paytaxt təmsilçisinin meneceri Zeynal Məmmədovla “Altay”ın prezidenti Ahmet Taşpınar arasında imzalanmış müqaviləyə əsasən, Hacıyev 3 il müddətinə bu kluba icarəyə verilib.
Xatırladaq ki, keçidin baş tutmasında “Bakı”nın sabiq baş məşqçisi Cüneyt Biçərin rolu var. Biçər hazırda “Altay” klubunun məşqçisi vəzifəsini tutur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: