Regionlar Kuboku yoxsa qoç döyüşü?
03 Avqust 2010 Çərşənbə Axşamı 19:15
Gənc futbolçulardan 10 nəfər rəqibini vuduğuna görə cəzalandırılıb.
AFFA İntizam Komitəsinin qəraraı ilə “Regionlar Kuboku”nda çıxış edən futbolçulardan 13 nəfər qırımızı kart alaraq oyundan qovulduqlarına görə cəzalanadırılıblar. Futbolçulardan 2-si idmançıya yaraşmayan hərəkətə görə, 10 nəfəri rəqib futbolçunu vurduğuna görə, 1 nəfəri isə kobud oyununa görə qırmızı kartla cəzalandırılıb. İntizam Komitəsinin qərarı ilə həmin futbolçular 2 oyun meydançaya çıxa bilməyəcəklər.
Bu cəzadan sonra 15 yaşlılardan ibarət futbolçuların iştirak etdiyi turnirdə “Babək”, “Saatlı”, “Qazax” kollektivlərinin hər birinin “nümunəvi” hərəkətlərinə görə iki futbolçusu cəzalandırılanlar siyahısına düşüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: