Rəcəbovun ən güclü rəqibi Norveç şahmatçısı olacaq
09 İyun 2010 Çərşənbə 23:10
Şahmatçımız Rumıniyada keçiriləcək beynəlxalq turnirdə qüvvəsini sınayacaq.
Şahmatçımız Teymur Rəcəbov Rumıniyada keçiriləcək beynəlxalq turnirdə qüvvəsini sınayacaq. Təmsilçimizin rəqibləri də artıq məlumdur.

Şəxsi əmsalı 2740-a bərabər olan Teymurun “Bazna Kinq” adı altında keçiriləcək beynəlxalq şahmat turnirində ən güclü rəqibi norveçli Maqnus Karlsendir. FİDE-nin reytinq cədvəlində lider olan Karlsen şəxsi əmsallarının sayına görə hamını qabaqlayır. Onun aktivində 2813 xalı var.

Yarışda qələbəyə iddialı digər şahmatçı çinli Van Yue sayılır. Turnirə 2752 əmsalla qatılacaq Van Yue yerini, daha da yaxşılaşdırmağa səy göstərəcək. Rəcəbovu 1 xal qabaqlayan israilli Boris Gelfand da kifayət qədər iddialıdır. Son yarışlarda davamlı olaraq uğur qazanan ukraynalı Ruslan Panamaryov bu ənənəni “Bazna” turnirində də davam etdirə bilər.

Rumıniyalı Diter Nisipyanu isə yarışa ev sahibi qismində qatılır. Şəxsi əmsalı 2672-yə bərabər olan beynəlxalq qrossmeysterin sürpriz edəcəyi inandırıcı görünmür. Qeyd edək ki, şahmat üzrə “Bazna Kinq” turniri iyun ayının 14-də start götürəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar