Rəcəbov ermənini mat elədi
21 May 2010 Cümə 23:15
FİDE Qran-prisində 10-cu turun oyunları baş tutub.
Rusiyanın Həştərxan şəhərində keçirilən şahmat üzrə FİDE Qran-prisində bu gün 10-cu turun oyunları baş tutub. Yığma komandamızın üzvü Teymur Rəcəbov bu tur erməni Vladimir Akopyanı mat edib.
Digər təmsilçimiz Vüqar Həşimov rus həmkarı Ernesto İnarkiyevə qalib gəlib. Ukrayna təmsilçisi Ruslan Panamaryovla qarşılaşmış Şəhriyar Məmmədyarov isə heç-heçəyə razılaşıb.
Qeyd edək ki, 14 şahmatçının dairəvi sistemlə mübarizə apardığı Qran-prinin qalibi mayın 25-də məlum olacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: