Realın məşqçisi İrana getməkdən boyun qaçırdı
15 Fevral 2011 Çərşənbə Axşamı 16:33
Karluş Keyruş İran millisini çalışdırmayacaq
Madridin “Real” klubunun sabiq baş məşqçisi Karluş Keyruş İran yığmasını çalışdırmaqdan imtina edib. ANS PRESS-in İranının İSNA agentliyinə istinadən verdiyi məlumata görə, Keyruş əvvəlcə İran yığma komandasının baş məşqçisi postunu tutmağa razılıq versə də, sonradan fikrindən daşınıb.

İran Futbol Federasiyasının rəhbəri Abbas Torabyanın sözlərinə görə, Karluş Keyruş ailəsinin təzyiqi nəticəsində İran yığmasında işləməkdən boyun qaçırıb. “Goal.com”un məlumatına görə isə Keyruş İranda mürəkkəb siyasi vəziyyət səbəbindən bu ölkəyə getməyib.

Xatırladaq ki, Karluş Keyruş uzun müddət ”Mançester Yunayted” klubunun baş məşqçisi Aleks Ferqyusonun köməkçisi olub. 2003-2004-cü il mövsümündə isə “Real” klubunu çalışdırıb. Karluş Keyruş 2008-ci ildən 2010-cu ilədək Portuqaliya yığma komandasını çalışdırıb.






DOSTLARINLA PAYLAŞ:

oyunlar