Realın futbolçusu Kərim Benzeman radara düşdü
28 Fevral 2013 Cümə Axşamı 14:49
Buna səbəb Kərim Benzemanın sürət həddini aşmasıdır
“Real”ın və Fransa yığmasının hücumçusu Kərim Benzema yüksək sürətə görə 6 aylıq həbs oluna bilər. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, futbolçu İspaniya küçələrindən birində radara düşüb.

Futbolçunun “Audi” markalı maşınla 216km/saat sürətlə hərəkət etdiyi bildirlir. Kamera həmçinin “Real” klubunun oyunçularından birinin də avtomobillə sürət həddini keçdiyini bildirir. Lakin sükan arxasında kimin oturduğu məlum deyil.

Polis həmçinin Benzemanın öz klubundan kiminləsə yarışa girdiyini də istisna etmir. Benzema məhkəmə qarşısında cavab verməlidir.

Xatırladaq ki, futbolçu yol hərəkəti qaydalarını pozduğuna görə 6 aylıq həbs və külli miqdarda cərimə gözləyə bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar