Realda gənc futbolçu Serjio Kanales
13 Fevral 2010 Şənbə 16:50
Serjio Kanales “Kral klubu” ilə 6 illik müqavilə imzalayıb
İspaniyanın “Real” klubu heyətinə gənc futbolçu cəlb edib. “Rasinq”in 18 yaşlı oyunçusu Serjio Kanales 2010-cu ilin avqustundan etibarən Madriddə məskunlaşaraq “Kral klubu”nun formasını geyinəcək.

Bu mövsüm baxımlı oyun nümayiş etdirərək gözəl qollara imza atan Kanalesin “Real”la 6 illik müqavilə imzaladığı bildirilir.

Gənc futbolçu “Real” klubuna 5 milyon avroya başa gəlib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar