“Real” və “Barselona”nın mövsümdəki son “döyüş”ü
03 May 2011 Çərşənbə Axşamı 02:03
Əzəli rəqiblər finala vəsiqənin sahibini müəyyənləşdirməlidirlər
Bu gün UEFA Çempionlar Liqası çərçivəsində “Real” və “Barselona” “Nou Kamp” stadionunda növbəti dəfə qarşılaşacaq. Bu oyun finala vəsiqənin sahibini müəyyən edəcək. “Mançester Yunayted” isə demək olar ki finaldadır.
Yarım ay ərzində iki əzəli rəqib arasında dördüncü qarşılaşma “Real”ın baş məşqçisi Joze Mourinyu üçün möhkəmlik sınağı olacaq. İkinci olmağa öyrəşməyənq portuqaliyalı futbol mütəxəssisi bu mövsüm onunla barışmalı olub ki, opponenti Xosep Qvardiolanı reytinq zirvəsindən endirmə bilməyib. Həçtta, İspaniya kubokunun finalındakı uğur da buna kömək etmədi.
İlk yarımfinal qarşılaşmasında “Barselona” Lionel Messinin dublu sayəsində 2:0 hesabı ilə qalib gəldi. Joxe Mourinyu isə futbol meydanında əldə edə bilmədiklərinə başqa məkanda - mətbuatda nail olmağa çalışdı. O, öz səhvlərini etiraf etmədi, əksinə, nöqsanları hakimlərin işində axtarmağa, rəqibi təxribatçı adlandırmaqla damğalamağa və hamıdan “Real”a qarşı sövdələşmədə şübhələnməyə başladı.
Madrid klubu həqiqət axtarışında UEFA-nın intizam orqanlarınadək gedib çatdı. Lakin orada “Real”ın etirazları rədd edildi, o cümlədən, ilk qarşılaşmada müdafiəçi Ppeyə göstərilən qırmızı kart ədalətli hesab olundu. Beləliklə, portuqaliyalı futbolçu “Nou Kamp”ın tribunasında öz həmvətəninə və məşqçisinə yoldaşlıq etməli olacaq.
“Cavab oyununda missiyanın yerinə yetirilməsi mümkün deyil”, - deyən Joze Mourinyu məğlubiyyətlə barışdığını göstərmək istəyib. Lakin çoxları buna inanmır.
Cavab oyunu ərəfəsində rəqiblər qüvvələrini qorumağa çalışıblar. Həm “Real”, həm də “Barselona” İspaniya çempionatında meydana ehtiyat oyunçuları buraxdı və hər ikisi məğlub oldu. Joze Mourinyu əsas “kozır”ı Kriştianu Ronalduya istirahət verdi. Qvardiola isə müdafiə xəttinin oyunçularına, o cümlədən, kapitan Karles Puyola fasilə imkanı yaratdı.
“Mançester Yunayted” və “Şalke” arasındakı qarşılaşmanı isə prinsipial hesab etmək olmaz. İngiltərə klubu səfərdə Çempionlar Liqasının debütantına çətinlik çəkmədən iki top fərqi ilə qalib gəldi. “Şalke”nin “Old Trafford”da şücaət göstərə bilib-bilməyəcəyini isə bu gün Bakı vaxtı ilə saat 23.45-də başlayacaq oyun götərəcək.
DOSTLARINLA PAYLAŞ: