“Real” “Tottenhem”i dörd qolla məğlub etdi
06 Aprel 2011 Çərşənbə 02:21
“Kral klubu” iki həftə sonra Londona rahat yollana bilər
Madridin “Real” klubu UEFA Çemionlar Liqasının ¼ final mərhələsi çərçivəsində İnciltərənin “Tottenhem” komandasını məğlub edib.

Madriddəki “Santyaqo Bernabeu” keçirilən qarşılaşma 4:0 hesabı ilə başa çatıb. Oyunun həlledici məqamlarından biri londonluların hücumçusu Piter Krauçun 15-ci dəqiqədə meydandan qorvulması olub.

Qarşılaşmada “Real”ın oyunçusu Emmanuel Adebayor dubl edib (4-cü və 57-ci dəqiqələr), Anxel Di Mariya (72-ci dəqiqə) və Kriştianu Ronaldu (87-ci dəqiqə) isə hərəyə bir qol vurublar.

Cavab qarşılaşması aprelin 13-də Londonda keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar