“Real” “Rasinq”i darmadağın etdi
24 Oktyabr 2010 Bazar 02:05
“Kral klubu”nun qollarından birini Məsud Özil vurub.
İspaniya çempionatının VIII turunda Madrid “Real”ı “Rasinq” (Santander) klubu üzərində böyük hesablı qələbə qazanıb. “Kral klubu”nun oyundakı altı qolundan dördünü portuqaliyalı hücumçu Kriştianu Ronaldu vurub.

Madriddə keçirilən qarşılaşmada hesabı 10-cu dəqiqədə Qonsalo İquain açıb. Bunun ardınca növbə Kriştianu Ronaldunun misilsiz oyununa çatıb . O, qonaqların qapısına dörd dəfə (15-ci, 27-ci, 47-ci və 55-ci (penaltidən) dəqiqələr) yol tapıb. “Real”ın türk əsilli almaniyalı legioneri Məsud Özil isə 63-cü dəqiqədə qolların hesabını tennis hesabına çatdırıb - 6:0. “Rasinq”in təsəlli qolunu Papakuli Diop 73-cü dəqiqədə vurub.

Kriştianu Ronaldu bu günkü oyundan sonra 10 qolla İspaniya çempionatının bombardirlər siyahısına başçılıq edir. Qonsalo İquain (“Real”), Lionel Messi (“Barselona”) və Nilmar (“Vilyareal”) ondan 5 top geri qalırlar.

Madrid klubu ardıcıl üç oyundur böyük hesablı qələbə qazanırlar. Üç oyun ərzində vurulan və buraxılan qollar arasında böyük fərq var - 16:3. “Real” 20 zal toplayıb və çempionatın lideridir. O, əzəli rəqibi “Barselona”nı bir xal qabaqlayır. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar