“Real” məğlub oldu
07 Yanvar 2011 Cümə 12:40
“Kral klubu” “Levante”yə uduzub
“Real” klubu İspaniya Kubokunun 1/8 final mərhələsi çərçivəsində cavab qarşılaşmasında “Levante” kollektivinə 0:2 hesabı ilə məğlub olub. Görüşdə “Real”ın ikinci heyəti meydanda mübarizə aparıb.
“Kral klubu” məğlubiyyətə baxmayaraq növbəti mərhələyə vəsiqə qazanıb. Belə ki, “Real” 22 dekabr tarixində baş tutan ilk oyunda rəqibini 8:0 hesabı ilə məğlub etmişdi.
İspaniya Kubokunun 1/4 final mərhələsində “Real” klubunun rəqibi Madridin “Atletiko” komandası olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar