"Real Madrid" - "Barselona" 2-6
03 May 2009 Bazar 11:50
"Barselona" rəqibi ilə xal fərqini 7-yə yüksəltdi

 

Futbol üzrə İspaniya La Liqasının 34-cü turu çərçivəsində möhtəşəm “Real Madrid” – “Barselona” matçı keçirilib. “Santiaqo Bernabeu” stadionunda “Real Madrd”in qonağı olan “Barselona” böyük hesablı qələbə qazanıb.

”El Clasico”ya sürətli başlayan “Real Madrid” 14-cü dəqiqədə Hiquenin vurduğu qolla hesabda önə keçib. “Barselona”nın bu qola cavabı çox gecikməyib, 17-ci dəqiqədə Tyeri Anri hesabı bərabərləşdirib. Bu qoldan 3 dəqiqə sonra kapitan Puyol “Barselona”nı hesabda irəli çıxarıb 1-2. Qarşılaşmda üstünlüyü ələ keçirən “Barselona” 36-cı dəqiqədə daha bir qol vurdu. Argentinalı futbolçu Lionel Messi hesab arasındakı fərqi artırdı 1-3. Matçın ilk yarısı elə bu hesabla da başa çatıb.

İkinci yarıya sürətli başlayan “Real Madrid” 55-ci dəqiqədə hesab arasındakı fərqi azaldır. Cərimə zərbəsindən ötürülən topa başla zərbə endirən  Serxio Ramos “Real”ı ümidləndirib 2-3.
Ama möhtəşəm futbol nümayiş etdirən “Barselona” bundan artığına icazə vermədi. Daha 3 qol vuran “Barsa” tarixi qələbə qazandı. 57-ci dəqiqədə Anri, 75-ci dəqiqədə Messi, 82-ci dəqiqədə  Piquenin vurduğu qollar “Barselona”nın 2-6 hesablı qələbəsini rəsmiləşdiridi.

Real Madrid [2 - 6] Barselona
14' [1 - 0] Hiquen
17' [1 - 1] Anri
20' [1 - 2] Puyol
36' [1 - 3] Messi
56' [2 - 3] Ramos
58' [2 - 4] Anri
75' [2 - 5] Messi
82' [2 - 6] Pique

Real Madrid: Kasilyas, Ramos (72' Van der Vaart), Kannavaro, Heinze, Metzelder, Lass, Qaqo, Robben (79' Qarcsia), Marselo (59' Huntelaar), Raul, Hiquen
Baş məşqçi: Xuan de Ramos

Barselona: Valdes, Pique, Puyol, Alves, Abidal, Xavi, İniyesta (85' Bojan), Toure (85' Busquets), Eto'o, Messi, Anri (61' Keyta)
Baş məşqçi: Pep Quardiola

“Real Madrid”i öz azarkeşləri önündə 6-2 hesabı ilə məğlub edən “Barselona” xalını 85-ə yüksəldərək əzəli rəqibi ilə xal fərqini fərqini 7-yə çatdırdı, “Real Madrid” isə 78 xalda qaldı. /ANS PRESS/

<!--[if !supportLineBreakNewLine]--> <!--[endif]-->

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar