Real klubunun meşqçisi komandadan ayrılıb
16 İyul 2013 Çərşənbə Axşamı 08:15
Hazırda Aytorun hansı komandaya gedəcəyi hələlik bilinmir.
“Real”ın məşqçisi Aytor Karanka komandadan ayrılıb. Apasport.az saytının məlumatına görə, 39 yaşlı mütəxəssis qarşılıqlı razılıq əsasında müqavilənin müddətini pozub.
2010-cu ildən portuqaliyalı çalışdırıcı Joze Mourinyonun köməkçisi olan Karanka Karlo Ançelottinin “Kral klubu”na gəlişindən sonra ayrılmaq istədiyini öncədən bildirmişdi. İtaliyalı baş məşqçinin yardımçılarından birinin Zinəddin Zidanın olacağı xəbərindən sonra isə Karanka madridliləri tərk etmək qərarına gəlmişdi.
Hazırda Aytorun hansı komandaya gedəcəyi hələlik bilinmir.
Qeyd edək ki, daha əvvəl Karankanın “Çelsi”nin çalışdırıcısı Mourinyonun yanına gedəcəyi xəbəri yayılmışdı.
DOSTLARINLA PAYLAŞ: