“Real”ın prezidenti həbs olundu
12 Noyabr 2009 Cümə Axşamı 17:55
O, 7,5 milyon avroluq rəsm əsərini qanunsuz olaraq ölkə xaricinə çıxarmaq istəyib
“Real”ın sabiq prezidenti Lorenso Sans həbs edilib. Buna səbəb Sansın 7, 5 milyon avroluq rəsm əsərini qanunsuz olaraq ölkə xaricinə çıxarmaq cəhdi olub. “Mən bu rəsm əsərlərini 3 il bundan əvvəl almışam. Bu yaxınlarda həmin əsərləri hərraca çıxarmaq təklifi aldım. Mənim heç ağlıma gəlməzdi ki, şəkilləri ölkə xaricinə çıxarmaq üçün icazə almalıyam”, - deyə 66 yaşlı Lorenso Sans bildirib.

“Real” klubunun sabiq prezidenti bundan sonra heç vaxt incəsənət nümunəsi almayacağını vurğulayıb.

Xatırladaq ki, Lorenso Sans 1995-2000-ci illər ərzində “Kral klubu”na rəhbərlik edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar