“Real”ın oyunçusu ikinci dəfə ata oldu
25 Aprel 2011 Bazar Ertəsi 01:06
Kakanın qızı Braziliyada dünyaya gəlib
Madrid “Real”ının yarımmüdafiəçisi Kakanın 23 yaşlı həyat yoldaşı Seliko Leyta futbolçıya qız övladı hədiyyə edib. Seliko Twitter-dəki mikrobloqunda yazıb ki, İazbella adını qoyduqları körpə dünyaya şənbə günü San-Pauluda yerli vaxtla saat 21.01-də (Bakı vaxtı ilə saat 05.01) gəlib. Uşağın çəkisi 3,2 kiloqram, boyu 48 santimetrdir.

Cütlüyün böyük öğlu Lukenin 3 yaşı var.

Kaka San-Pauluya gedə bilməyib. Çünki “Real” şənbə günü İspaniya çempionatı çərçivəsində “Valensiya” ilə qarşılaşırdı. Oyun Madrid klubunun 6:3 hesablı qələbəsi ilə başa çatıb. 29 yaşlı braziliyalı həmin qarşılaşmada iki qol vurub. O, qızının dünyaya gələcəyini gözlədiyi bir vaxtda qollarını topu futbolkasının altına qoymaqla qeyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar