“Real”ın məğlubiyyəti ölüm gətirdi
30 Noyabr 2010 Çərşənbə Axşamı 14:05
“Kral klubu”nun 54 yaşlı azarkeşi dünyasını dəyişib
İspaniya La Liqasının 13-cü turunda oynanmış "Barselona"-"Real" (Madrid) matçı azarkeşlərdən birinin ölümünə səbəb olub. "A Bola"nın yaydığı məlumata görə, "Kral klubu"nun fanatı 54 yaşlı Pedro Qonsales Barselona şəhərindəki "Kamp Nou" stadionunda oynanmış matç başa çatandan 4 dəqiqə sonra dünyasını dəyişib.

Ailəsinin dediyinə görə, 30 ildən bəri "Real"a azarkeşlik edən Qonsales sevimli komandasının "Barselona"ya 0:5 hesablı məğlubiyyətinə dözə bilməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar