“Real”ın gözü doymur
11 Avqust 2010 Çərşənbə 16:40
İspaniya klubu bu dəfə Karvalyonu heyətinə qatıb.
İspaniyanın “Real” klubu daha bir transferi rəsmiləşdirib. “Kral klubu” “Çelsi”nin portuqaliyalı futbolçusu Rikardo Karvalyonu heyətinə cəlb edib.

Futbolçu İspaniya klubu ilə iki illik müqavilə imzalayıb. Karvalyo “Real”a 8 milyon avroya başa gəlib.

Xatırladaq ki, Karvalyodan əvvəl “Real” Anxel Di Maria, Pedro Leon, Serxio Kanales və Xedira kimi futbolçuları heyətinə cəlb etmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar