Real"ın futbolçusu Nistelroy "Qalatasaray"da
    12 Yanvar 2010 Çərşənbə Axşamı 16:10
    Nistelroy İstanbul klubunun baş məşqçisi Raykardla danışıqlar aparır
    
                	 
    
         Türkiyənin "Qalatasaray" klubu hollandiyalı futbolçu Ruud van Nistelroyu heyətinə qata bilər. Futbolçu özü "Qalatasaray"ın baş məşqçisi Frank Raykarddan bu kluba transfer olunmaq barədə təklif aldığını etraf edib. 
"Frank Raykardla görüşmüşük. O, məni "Qalatasaray"a dəvət etdi. Dəqiq qərara hələ gəlməmişəm",-deyə Nistelroy bildirib. 
Bununla yanaşı Nistelroy "Qalatasaray"ın onun üçün arzuolunan bir klub olduğunu da etiraf edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: