“Real”ın baş məşqçisini bıçaqlamaq istəyiblər
05 Mart 2011 Şənbə 01:11
Baş məşqçini xilas edən mühafizəçi bıçaqlanıb
İspaniyanın “Real” (Madrid) klubunun baş başqçisi Joze Mourinyuya La-Korunya şəhərində avtoqoraf verərkən bıçaqlı hücum olub. Baş məşqçi klubun təhlükəsizlik xidməti əməkdaşının sayəsində naməlum şəxsin xilas ola bilib.

Hadisə fevralın 25-də baş versə də, “Cadena Ser” telekanalı bu barədə məlumatı indi yayıb. Məlumata görə, təhlükəsizlik xidmətinin baş məşqçini xilas edən əməkdaşı dörd santimetrlik kəsilmiş yara alıb.

“Real”da martın 6-da Santanderdə “Rasinq”lə oyun ərəfəsində gücləndirilmiş təhlükəsmizlik tədbirləri görüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar