“Kral klubu” “Malaqa”nın qapısından yeddi cavabsız top keçirdi
“Real” futbol klubu İspaniya çempionatının 26-cı turu çərçivəsində “Malaqa”nın qapısıdan yeddi gcavabsız top keçirib. Madrddə keçirilənq qarşılaşma 7:0 hesabı ilə başa çatıb.
Oyunda Kriştianu Ronaldu 50-ci, 68-ci (penalti) və 78-ci dəqiqələrdə fərqlənməklə het-trikə imza atıb. Kərim Benzema 27-ci və 62-ci dəqiqələrdə qol vurub. Anjel Di Mariya (36-cı dəqiqə) və Marselo (45-ci dəqiqə) hərəyə bir dəfə fərqləniblər.
İspaniya çempionatında turnir cədvəlinə 26 oyunda 71 xal toplayan “Barselona” liderlik edir. “Real”ın 64 xalı var. Turnir cədvəlinin üçüncü pilləsinə 51 xalla “Valensiya” yerləşib və “Vilyareal”ı minimal üstünlüklə qabaqlayır. Hər iki komanda 26 oyun keçirib.