"Real"dan ən ucuz transfer
16 Avqust 2010 Bazar Ertəsi 17:45
"Kral klubu" futbol ictimaiyyətini təəccübləndirməkdə davam edir.
Dünyanın ən bahalı transferdərini həyata keçirən klubu olan Madrid "Real"ı ən ucuz transferi həyata keçirən klub adını da qazanıb. "Kral Klub" cəmi 100 avroya oyunçu satıb. Belə ki, "Real" 4 avqustda ABŞ-da keçirilən yoxlama oyununda forma geyinən uruqvaylı Markus Tebarı İspaniyanın 2-ci liqasında çıxış edən "Girona"ya verib və əvəzində 100 avro alıb.
Maraq üçün qeyd edək ki, "Real" 96 milyon avro qarşılığında Kriştiano Ronaldonu heyətinə qatmaqla dünyanın ən böyük transferini reallaşdıran klub adını qazanıb. Madrid təmsilçisi bu yay argentinalı Angel Di Marianın transferinə 26 milyon avro xərcləmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: