Real çətinliklə qalib gəldi
15 Noyabr 2010 Bazar Ertəsi 01:20
“Kral klubu” oyunun sonlarına yaxın “Sportinq”in qapısında bir top keçirə bilib
Madridin “Real” klubu İspaniya çempionatının 11-ci turunda “Sportinq”ə qalib gəlib. “El Molinon” stadionunda keçirilən qarşılaşma 1:0 hesab ilə başa çatıb. Oyunda yeganə qolu “Real”ın argentinalı hücumçusu Qonalo İquain vurub.
Bu qələbədən sonra xallarının sayını 29-a çatdıran “Real” turnir cədvəlində birinciliyi “Barselona”dan (28 xal) təşvil alıb. “Sportinq” isə 10 xalla 17-ci pillədədir.
DOSTLARINLA PAYLAŞ: