Raykarda fantastik mükafat vəd olunub
15 Yanvar 2010 Cümə 17:00
Məşqçi il ərzində 7 milyon avro qazana bilər
Türkiyə mətbuatı Raykardın “Qalatasaray”a titullar qazandıracağı təqdirdə rəhbərlikdən alacağı mükafatın məbləğini araşdırıb. Məlum olub ki, əgər İstanbul klubu hollandiyalı məşqçinin rəhbərliyi altında Türkiyə çempionu olarsa, məşqçi 1 milyon avro mükafat alacaq. Klub Türkiyə kubokunu qazanarsa, Raykard əlavə 500 min avro gəlir əldə edəcək.

“Qalatasaray” mövsümün sonunda UEFA Avropa Liqasında qalib gəlsə isə bu zaman klub rəhbərliyi Frank Raykarda daha 2 milyon avro mükafat təqdim edəcək. Beləliklə, Frank Raykard bu mövsümdə ümumilikdə 7 milyon avro gəlir əldə edə bilər.

Qeyd edək ki, Frank Raykardın illik məvacibi 3,5 milyon avrodur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar