Raykard üçün favorit yoxdur
01 Dekabr 2009 Çərşənbə Axşamı 18:15
Raykard üçün favorit yoxdur. “Qalatasaray”ın baş məşqçisi “Panatinaikos”la oyun öncəsi Keitanı cəzalandırıb.
Avroliqa turniri çərçivəsində Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq “Qalatasaray”ın start heyəti artıq məlumdur. İstanbul klubunun əsas futbolçularından sayılan Keita baş məşqçi Frank Raykard tərəfindən ehtiyat oyunçular skamyasına göndərilib.
Türkiyə mətbuatı çempionatın son turunda “Bursaspor”la qarşılaşmada əvəz edilməsinə etiraz edərək birbaşa soyunub-geyinmə otağına yollanan Keitanın Raykard tərəfindən cəzalandırıldığını iddia edir.
“Panatinaikos”la qarşılaşmada Keitanın yerinə baş məşqçinin gənc oyunçu Aydına şans verəcəyi gözlənilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: