Raykard son sözünü dedi
16 İyul 2010 Cümə 17:10
Raykard son sözünü dedi. Hari Kyuel daha 1 il "Qalatasaray"da qalacaq.
Türkiyənin “Qalatasaray” klubu avstraliyalı futbolçusu Hari Kyueli heyətində saxlamaq qərarına gəlib. İstanbul klubu 31 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalayıb. Avstraliya yığması üzvünün komandada qalmasını baş məşqçi Frank Raykard istəyib.
Hari Kyueli İngiltərənin “Fulhem” klubu da heyətinə qatmaq istəsə də, nəhayət ki, bu söhbətlərə son qoyulub.
Xatırladaq ki, Kyuel “Qalatasaray”a İngiltərənin “Liverpul” klubundan transfer olunmuşdu.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: