Raykard “Qalatasaray”dan qovuldu
19 Oktyabr 2010 Çərşənbə Axşamı 09:20
Klubun idarə heyəti yekun qərar qəbul edib. Raykard “Qalatasaray”dan qovulub.
“Qalatasaray” klubunun hollandiyalı baş məşqçisi Frank Raykard istefaya göndərilib. Klubun idarə heyətinin toplantısında yalnız bir üzv istisna olmaqla bütün şəxlslər hollandiyalı futbol mütəxəssisi ilə bağlanmış müqaviləyə xitam verilməsinin lehinə səs veriblər. “Qalatasaray” klubunun idarə heyətinin qərarının açıqlanması üçün Frank Raykardın meneceri Perri Ovrnsem İstanbula dəvət olunub.
Artıq “Qalatasaray” rəhbərliyi Frank Raykardı baş məşqçi postunda əvəzləyəcək məşqçini də müəyyənləşdirib. İdarə heyəti əvvəllər də “Qalatasaray”ı çalışdırmaq təcrübəsi olan Fatih Terimə təklif ünvanlamağı planlaşdırır. Terimin “Qalatasaray”ın baş məşqçisi olmaqdan imtina edəcəyi təqdirdə digər namizədlər kimi Ərsun Yanal və Tuqay Kərimoğlu ilə danışıqlara başlanacaq.
Xatırladaq ki, Frank Raykard 15 ay əvvəl böyük ümidlərlə “Qalatasaray”ın baş məşqçisi təyin olunmuşdu. Hollandiyalı məşqçi bu müddət ərzində İstanbul klubunu 67 matçda meydana çıxarıb. “Qalatasaray” bu qarşılaşmalardan yalnız 37-də meydandan qalibiyyətlə ayrılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: