Raykard özünə yeni iş yeri tapdı
29 İyun 2011 Çərşənbə 16:12
Hollandiyalı mütəxəssis Raykard Səudiyyə Ərəbistanı yığmasını çalışdıracaq.
Hollandiyalı mütəxəssis Frank Raykard Səudiyyə Ərəbistanı yığmasına təyinat alıb. ANS PRESS-in məlumatına görə, İspaniyanın “Barselona” və Türkiyənin “Qalatasaray” klubunun sabiq çalışdırıcısı 11 milyon avro dəyərində 3 illik müqaviləyə imza atacaq.

Qeyd edək ki, Frank Raykard “Barselona”nın baş məşqçisi olan dövrdə klub iki dəfə İspaniya çempionu olub. Komanda həmçinin 2005/06 mövsümündə Çempionlar Liqasının qalibi adını qazanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar