Raykard evləndi
04 İyun 2010 Cümə 16:15
Baş məşqçi Raykardın toy mərasimi Amsterdamda keçirilib.
Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Frank Raykard evləndi. Baş məşqçinin Stefani Rukerlə toy mərasimi Hollandiyanın paytaxtı Amsterdam şəhərində baş tutub.
Mərasimdə “Qalatasaray” klubunda Frank Raykardın köməkçisi olan Neskens, Albert Roşa Puyol, Karlos Quadrat və Nezihi Boloğlu da iştirak ediblər.
Xatırladaq ki, Stefani Raykardın 19 il evli olduğu zaman övladlarının dayəliyini edirdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: