Raul yeni rekorda imza atdı
10 Mart 2011 Cümə Axşamı 03:31
İspaniyalı futbolçu Çempionlar Liqasında keçirdiyi oyunların sayında Paolo Maldinini qabaqladı
Əvvəllər Madridin “Real”, indi isə Almaniyanın “Şalke” klubunun şərəfini qoruyan tanınmış ispaniyalı futbolçu Raul Qonsales rekord təzələməkdə davam edir. UEFA Çempitolar Liqasının 1/8 final mərhələsinin ilk oyununda İspaniyanın “Valensiya” klubu ilə qarşılaşmada o, bu Avropa turnirində vurduğu qollarının sayına (70) görə rekord vurmuşdu. Cavab oyununda isə Raul Çempionlar Liqasında keçirilən oyunların sayına görə Paolo Maldininin rekordunu təzələyib.
Raul Avropanın ən nüfuzlu klub turnirində 140 dəfə meydana çıxıb. Bu oyunların 132-si “Real”ın payına düşür. O, ilk dəfə Çempionlar Liqasında 1995-ci ildə 18 yaşında iştirak edib.
DOSTLARINLA PAYLAŞ: