Raul rəsmən “Şalke”də
24 İyul 2010 Şənbə 19:45
İspan futbolçu Raul alman klubu Şalke ilə iki illik müqavilə imzalayıb.
Futbol üzrə İspaniya yığma komandası və “Real” klubunun keçmiş hücumçusu Raul Almaniyanın “Şalke-04” kollektivi ilə iki illik müqaviləyə imza atıb.

İspaniya mətbuatının yazdığına görə, Madrid “Real”ının sabiq kapitanı öz klubu ilə bazar ertəsi, ən geci isə çərşənbə axşamı vidalaşmağı planlaşdırır.

Xatırladaq ki, Raul 16 mövsüm “Kral klubu”un şərəfini qoruyub və XX əsrin ən yaxşı klubunun əfsanələrindən biri hesab olunur. O ispan klubunun heyətində 740 oyun keçirib və 323 qola imza atıb. Forvard 6 dəfə İspaniya çempionu, 3 dəfə Çempionlar Liqası, 2 dəfə isə Qitələrarası Kubokun qalibi olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar