Raul İngiltərəyə yollana bilər
14 İyun 2010 Bazar Ertəsi 17:20
Futbolçu Raul ilə "Mançester Yunayted" klubu maraqlanır.
Son İngiltərə çempionu “Mançester Yunayted” klubu “Real” klubunun 32 yaşlı futbolçusu Raul Qonsalesi heytinə qatmaq istəyir. “Daily Mail”in xəbərinə görə, İngiltərə klubu futbolçunu azad agent qismində heyətinə qatmağı planlaşdırır.

“Mançester Yunayted”in baş məşqçisi Aleks Ferqyusonun Raulun təcrübəsindən istifadə etmək fikrində olduğu bildirilir.

Xatırladaq ki, Raul Qonsales peşəkar futbolçu karyerası ərzində yalnız “Real”ın formasını geyinib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar