Raul futbola dönür
24 İyun 2010 Cümə Axşamı 14:05
Futbolçu Raul ilə “Şalke” klubu aktiv şəkildə maraqlanır.
Almaniyanın “Şalke” futbol klubu əfsanəvi ispan futbolçu Raul Qonsalesi heyətinə qatmaqda maraqlıdır. Almaniya klubunun baş məşqçisi Feliks Maqat futbolçunun zəngin təcrübəsindən Çempionlar Liqasında istifadə etmək qərarına gəlib.

32 yaşlı Raul Qonsaleslə ABŞ klubları da maraqlansalar da futbolçunun Çempionlar Liqasında iştirak etmək üçün “Şalke”yə üstünlük verəcəyi gözlənilir.

Xatırladaq ki, Raul karyerası ərzində “Real”ın heyətində 700-dən çox oyunda meydana çıxaraq 500 qola imza atıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar